İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun Baş katibi: “Rusiyada müharibə əleyhinə olan cəsarətli insanların səsini eşidirik”

“NATO-ya üzv ölkələr Kremlin aqressivliyini qınayır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib.

“Bu müharibənin Rusiya üçün ağır nəticələnməsindən ötrü səylərimizə davam edəcəyik. Biz Ukrayna xalqının öz azadlıqları üçün apardıqları mübarizəyə hörmət edirik. Rusiyada müharibənin əleyhinə olan, cəsarətlə buna qarşı çıxan insanların da səslərini eşidirik”, - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR