İnsanlara hürriyət, millətlərə istiqlal!

“NATO-nu yeni “soyuq müharibəyə” başlamamağa çağırırıq” – ÇİN

Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Çzyun NATO-nu Ukraynadakı hadisələrdən yeni “soyuq müharibə”yə və ölkələr arasında qarşıdurmaya səbəb kimi istifadə etməməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, Asiya-Sakit okean regionunda Şimali Atlantika Alyansının analoqunun yaradılmasını yolverilməz adlandırıb və NATO-nun yeni strateji konsepsiyasını tənqid edib.

Çin yetkilisinin sözlərinə görə, məhz NATO-nun fəaliyyəti dünyanın müxtəlif regionlarında problemlərə gətirib çıxarır: “İndiki şəraitdə bu, alyansın strateji konsepsiyasının yenilənmiş variantı ilə daha da kəskinləşir”.

Qeyd edək ki, NATO-nun qarşıdakı 10 il üçün qəbul edilən yeni strateji konsepsiyasında Rusiya birbaşa, Çin isə sistemli təhdid kimi göstərilib. 2010-cu il strategiyasında Çindən bəhs edilməmiş, Rusiya isə strateji tərəfdaş kimi göstərilmişdi.

“”Soyuq müharibə” çoxdan başa çatıb. NATO öz mövqeyini yenidən nəzərdən keçirməli, blok qarşıdurmasına əsaslanan zehniyyətindən tamamilə imtina etməlidir. Biz NATO-nu dərs almağa və Ukrayna böhranından qlobal qarşıdurmanı gərginləşdirmək üçün bəhanə kimi istifadə etməməyə çağırırıq”, – Çjan Çzyun bildirib.

Daimi nümayəndə sülhü bərpa etməyin yeganə yolunun dialoq və danışıqlardan keçdiyini vurğulayıb. O əlavə edib ki, Çin Rusiya və Ukrayna arasında danışıqları və taxıl ixracı məsələsində BMT-nin vasitəçilik səylərini alqışlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR