İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO məmuru: “Ukrayna ərazisinin bir hissəsini güzəştə gedərək alyansa qoşula bilər”

NATO baş katibinin ofisinin rəhbəri Stian Yensen Ukraynanın ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi müqabilində Şimali Atlantika Alyansına qoşulmasının mümkünlüyünü bildirib.

Musavat.com xairici mediaya istinadla xəbər verir ki, Yensen bu variantIN arzuolunmaz olduğunu, lakin hadisələrin belə inkişafı istisna etmədiyini deyib.

“Düşünürəm ki, həll yolu Ukraynanın ərazilərindən imtina etməsi və əvəzində NATO-ya üzv olması ola bilər. Eyni zamanda, Ukrayna nə vaxt və hansı şərtlərlə danışıqlar aparmaq istədiyinə özü qərar verməlidir”, – cənab Yensen ictimai debat zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynanın müharibədən sonrakı statusu ilə bağlı danışıqlar artıq aparılır və ərazilərin Rusiya Federasiyasına verilməsi ilə bağlı sualları qaldıran tək o deyil. “Mən demirəm ki, bu baş verməlidir. Amma bu, mümkün həll yolu ola bilər”, - o əlavə edib. Yensen bildirib ki, Ukraynanın NATO-ya mümkün daxil olması məsələsində “ciddi irəliləyiş əldə olunub”.

2022-ci il sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş şəkildə NATO-ya daxil olması üçün müraciət edəcəyini açıqlatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR