İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO hava məkanını bağlamaqda Ukraynaya kömək edə bilməyəcək

Prezident Volodimir Zelenskinin xahişinə baxmayaraq, NATO Ukrayna ərazisində uçuşsuz zona tətbiq edə bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo CTV News telekanalına müsahibəsində deyib.

Martın 10-da baş tutan telefon danışığı zamanı Volodimir Zelenskinin ondan Ukrayna səmasının bağlanmasını xahiş etdiyini bildirən Kanada hökumətinin başçısı NATO-nun vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq bu xahişi yerinə yetirə bilməyəcəyini söyləyib.

“Bu qərar qəlbimizi ağrıdır. Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək, NATO-nun birbaşa münaqişəyə cəlb olunması riski yaranır. Biz çox şey edə bilərik və əlimizdən gələni edirik, lakin buna gedə bilmərik”, - deyə Castin Trüdo vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR