İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Ukrayna və Türkiyə AÇIQLAMASI: "Bu, hamımızı qorxutdu..."

NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin toplantısından əvvəl diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Stoltenberq Ukraynadakı müharibəyə toxunub.

“NATO-nun müdafiə nazirləri təhlükəsizliyimiz üçün kritik bir zamanda görüşür. Gələn həftə Ukraynadakı dəhşətli müharibənin, Rusiyanın Ukraynaya qarşı işğalının birinci ili olacaq. Rusiya prezidenti Vladimir Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük. Bizim gördüyümüz bunun əksidir, onlar yeni hücumlara hazırlaşır. Bu, NATO müttəfiqləri və tərəfdaşlarının Ukraynaya daha çox dəstək verməsini vacib edir”.

Stoltenberq bəyan edib ki, NATO Ukrayna üçün təcili ehtiyacları həll edəcək.

NATO-nun baş katibi Türkiyədəki zəlzələdən də danışıb.

“Türkiyədə baş verən zəlzələlərin yaratdığı balans hamımızı qorxutdu. NATO müttəfiqləri Türkiyəyə əhəmiyyətli dəstək verir”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR