İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan mühüm açıqlama - Ərdoğanın təşəbbüsü ilə...

“Ərdoğan Taxıl Sazişi və əsir mübadiləsi ilə bağlı məsələlərdə çox mühüm rol oynadı".

Musavat.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyənin, prezident Ərdoğanın təşəbbüsü ilə Taxıl Sazişinin müddəti 120 gün uzadılıb və Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi diplomatiya ilə yanaşı, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın həmkarları ilə sıx təması və qırmızı xəttin yenidən aktivləşdirilməsi də taxıl dəhlizinin açıq qalmasında təsirli olub.

Taxıl dəhlizi sazişi iyulun 22-də İstanbulda BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanıb. Moskva administrasiyası razılaşma çərçivəsində olsa da, öz ərzaq məhsullarını və gübrələrini ixrac edə bilmədiyini bəyan edib və buna nail olunmayacağı təqdirdə noyabrın 19-da razılaşmadan çıxmağa hazır olduğunu vurğulayıb.

İyulun 22-də İstanbulda BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında müqavilənin imzalandığı gündən indiyədək 11 milyon tondan çox taxıl və ərzaq məhsulları ehtiyac sahiblərinə çatdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR