İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da işçilərə “TikTok”dan istifadə qadağan edilib

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə “TikTok” sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

“Report” xəbər verir ki, bu barədə NATO nümayəndələrinə istinadən CNN məlumat yayıb.

“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. “TikTok” NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil”, - alyansın yüksək səviyyəli rəsmisi telekanala bildirib.

Qeyd olunub ki, artıq NATO rəhbərliyi səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubla qadağa rəsmiləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR