İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik

Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Musavat.com-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında iştirakı təcrübəsinə istinad edib.

Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib.

Xüsusi nümayəndə Xavyer Kolomina NATO-nun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR