İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA-dan maraqlı PAYLAŞIM - "Gülümsəyən Günəş"in fotosunu çəkdilər

NASA Günəş Dinamikası Rəsədxanasının sosial media hesabından Günəşin "gülümsədiyi" görünən fotosu paylaşılıb.

Musavat.com xəbər verir ki, foto qısa zamanda böyük marağa səbəb olub.

Ultrabənövşəyi işıqda görünən Günəşdəki bu tünd ləkələr  tac dəlikləri kimi bilinir və sürətli günəş küləyinin kosmosa əsdiyi bölgələrdir.

Alimlər bildiriblər ki, Günəşdə kifayət qədər güclü hesab edilən, lakin “X” sinfi kimi fəlakətli olmayan “C” və “M” sinfi partlayışlar baş verib. Nəticədə planetimizə doğru eyni anda saatda 3 milyon km sürətlə üç plazma axını hərəkət edir. Alimlərin proqnozuna görə, onlar oktyabrın 29-da, yaxud 30-da Yerə çatacaq, bununla güclü geomaqnit qasırğası yaranacaq.

Musavat.com

NASA'dan heyecanlandıran fotoğraf! Güneş'i gülümserken yakaladılar

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR