İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA bu hadisəni İLK DƏFƏ qeydə aldı - İNANILMAZ GÖRÜNTÜLƏR

NASA-nın James Webb Kosmik Teleskopu (JWST) Süd Yolundan bir neçə dəfə böyük olan səs partlaması aşkar edib.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, JWST və ALMA (Atacama Large Millimeter / Submillimeter Array) ilə aparılmış müşahidələr nəticəsində NGC 7318b qalaktikasının Stefan Kvintetindən saatda 2,9 milyon kilometr sürətlə keçdiyi aşkar edilib (Stefan beşliyi (kvinteti) beş qalaktikadan ibarət qrupdur - red).

Bu sürətlə irəliləsəniz, planetimizin yeganə peyki olan Aya çatmaq cəmi 8 dəqiqə çəkər.

"Qalaktika istilası" kimi təsvir edilən hadisə Süd Yolundan bir neçə dəfə böyük şok dalğasına səbəb olub.

66379675-0-An_invasion_happened.jpg (74 KB)

Kəşf alimlərə Stefan Kvintetinin üç əsas bölgəsini ətraflı şəkildə tədqiq etməyə və ilk dəfə olaraq hidrogen qazının necə daimi hərəkət etdiyini, formalaşdığını aydın şəkildə görməyə imkan verib.

IPAC astronomu Philip Appleton kəşfi şərh edib: “Müdaxilə edən qalaktika qrupa “qoşulduqca” o, qaz axını ilə toqquşur, qrupdakı iki qalaktika arasında əvvəlki qarşılıqlı təsir nəticəsində nəhəng şok dalğasının əmələ gəlməsinə səbəb olur. Zərbə dalğası yığılmış qaz axınından keçərkən yüksək turbulent və ya qeyri-sabit soyuducu təbəqə yaradır. Biz bu şiddətli fəaliyyətdən təsirlənən ərazilərdə gözlənilməz strukturların və molekulyar hidrogen qazının təkrar emalının şahidi oluruq".

Sözügedən müşahidənin son dərəcə əhəmiyyətli olduğunu vurğulayan Appleton bildirib ki, molekulyar hidrogen ulduzları meydana gətirə biləcək xammalın özüdür: "Beləliklə, onu başa düşmək bizə Stefan Kvintetinin və ümumiyyətlə qalaktikaların təkamülü haqqında daha çox məlumat verəcək".

Stefan Kvinteti Yerdən təxminən 270 milyon işıq ili uzaqlıqda, Peqas bürcündə yerləşən qalaktikalar qrupudur.

1877-ci ildə kəşf edilmiş qalaktikaların ilk yığcam qrupu kimi qeydə alınan kosmik formalaşmanı unikal edən odur ki, qalaktikalar toqquşması adətən ulduz əmələ gəlməsinə səbəb olur, lakin bu bölgədə çox az ulduzun yaranması müşahidə olunur. Bu vəziyyət elm dünyasının hələ də həll etmədiyi sirrlərdən biri kimi önə çıxır.

Zərbə dalğasının mərkəzində yerləşən və "6-cı" adlandırılan bölgə nəhəng soyuq molekullar buludu yaradıb. Astronomlar 5-ci bölgədə yüksək sürətli toqquşma ilə xarakterizə olunan isti molekulyar hidrogen qazı axını ilə birləşən iki soyuq qaz buludunu müəyyən ediblər.

Institut d'Astrophysique-nin tədqiqatçısı və layihə üzrə tədqiqatçı köməkçisi Pierre Guillard 4-cü bölgədə əvvəlcədən mövcud olan sıx qaz buludlarının qeyri-sabit hala gəlməsi və şok səbəbindən çökmə ehtimalının olduğunu ifadə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR