Onlayn ictimai-siyasi qəzet
Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7245 şəxs müəyyən edilib.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata görə, onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Bildirilib ki, 2024-cü il ərzində ölkədə qeydə alınmış 33379 cinayət hadisəsinin 8863-ü və ya 26,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Bu, 2023-cü ilin göstəricisindən 11,9 faiz azdır.
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ