 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.
Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ