İnsanlara hürriyət, millətlərə istiqlal!

“Namus maskası, ər görüntüsü ilə tamaşaçını aldatmayın”  


Aparıcı Rövşanə Ağasəfqızı efirdə saxta görüntü yaradanları tənqid edib.

Musavat.com xəbər verir ki, o, fikirlərini sosial media hesabında bölüşüb:

“Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz. Yalanı sevməz tamaşaçı.

Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışları. Saxlayın özünüzə, bizə sırımayın. Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyətinizlə plagiat yaramaz. “Fatma xala, Gülpəri nənə” adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayından sifarış gələn “copy paste” fason bir şeyə bənzəyəcəksiniz”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR