İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum mesajlara cavab verməyin! - DİN-dən XƏBƏRDARLIQ

“Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

Musavat.com xəbər verir ki, bu barədə Daxili şlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR