İnsanlara hürriyət, millətlərə istiqlal!

Müzakirə edirlər ki, sağam, yoxsa yox - Priqojinin VİDEOSU

"Vaqner" özəl hərbi təşkilatın rəhbəri olmuş Yevgeni Priqojinin yeni videosu yayımlanıb.

Musavat.com xəbər verir ki, sözügedən görüntülərin Afrikada çəkildiyi qeyd edilir.

"Mənim sağ olub-olmadığımı müzakirə edənlər üçün deyirəm: indi istirahət günləridir, avqustun ikinci yarasıdır, Afrikadayam, hər şey yaxşıdır", - deyə Priqojin söyləyir.

Qeyd edək ki, videonun onun ölüm xəbərindən 1-3 gün əvvələ aid olduğu bildirilir.

Xatırladaq ki, avqustun 23-də – vaqnerçilərin qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi başlanıb.

@@TVmusavat/67742@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR