Onlayn ictimai-siyasi qəzet
COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq, ziyarətçilərə Azərbaycanda keçiriləcək həmin mötəbər tədbirlə bağlı məlumat verəcəklər.
"Report" xəbər verir ki, bunu COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.
"COP29 Məlumat Mərkəzi Bakıda ilk tanıtım mərkəzidir. Hesab edirəm ki, bu, həm öz vətəndaşlarımızın, həm də ölkəmizin hər bir qonağının COP tarixi, eləcə də COP29-la bağlı ətraflı məlumat alması və proseslərdən məlumatlı olması üçün yaxşı imkandır", - nazir bildirib.
M.Babayevin sözlərinə görə, qonaqlar Azərbaycanın təbiəti, ictimai həyatı, ölkəmizdə həyata keçirilən dövlət proqramları barədə informasiya əldə edə biləcəklər.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ