İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçi: Ermənistanda korrupsiyaya qarşı real mübarizə aparılmır

Ermənistanda korrupsiyaya qarşı real mübarizə aparılmır.

Musavat.com
erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Anna Qriqoryan deyib.

“Nikol Paşinyan hakimiyyətə gələndə korrupsiyanın kökünü kəsəcəyini demişdi, lakin zaman keçdikcə o da bu canavarla dostlaşdı”, - deyə Qriqoryan bildirib.

Erməni deputatın fikrincə, Paşinyan hökuməti “təpədən dırnağa qədər korrupsiya bataqlığındadır”.

O, bununla bağlı bəzi nümunələr də gətirib.

Qriqoryanın sözlərinə görə, hazırkı hakimiyyətin nümayəndələrindən biri, Qarik Sarkisyanın dayısı “milyonlarla” tenderin qalibi olub. Lakin Qriqoryan hansı valyutadan bəhs etdiyini deməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR