İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət - YAP arasında polemika: "Belə bir dönəmdə Milli Məclisin qarşısında piket keçirtmək olar?"

"Azərbaycan respublikasının normativ hüquq  aktlarına uyğun - sərbəst toplaşmaq azadlığı haqqındakı aktına müvafiq addım atmaq lazımdır. Qanuna ziddirmi, qanunun hansıssa müddəaları pozulur? - belə olan halda ona qarşı qanunla nəzərdə tutulmuş addımlar atıla bilər"

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn deyib. 

O, qeyd edib ki, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) bu praktikadan əl çəkməlidir: "İğtişaş və gərginlik yaradan da BŞİH-in verdiyi açıqlamadır. Heç bir tutarlı səbəb göstərmədən, icazə verilməməyini doğru hesab etmirəm"

Debatda iştirak edən YAP-çı millət vəkili Hikmət Babaoğlu Pənah Hüseynin fikirləri ilə razılaşmayıb və bunları qeyd edib: 

"Milli Məclis Azərbaycanın strateji obyektlərindən biridir. Əvvəlcədən bilə-bilə ki burada aksiya keçirmək qadağandır, icazə verilməyəcək, qəstlə mitinqi Milli Məclisin qabağına təyin edirsiniz. Axı bu əzbərə bilinir ki, Milli Məclis xüsusi qorunan strateji obyektlər sırasına daxildir. İkincisi isə, həmin gün MM-də iclas keçiriləcək. Demək ki, bunu məqsədli şəkildə edirlər..."

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR