İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafa Şentopdan isveçli həmkarına kəskin reaksiya-Türkiyə səfəri ləğv edildi

“İsveç Parlamentinin sədri Andreas Norlenlə telefonla danışdım və separatçı terror təşkilatı PKK üzvlərinin Stokholmda həyata keçirdiyi, prezidentimizi və Türkiyə Cümhuriyyətini hədəf alan qəbuledilməz, mənfur hərəkətinə münasibətimizi çatdırdım”.

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Mustafa Şentop bunu sosial şəbəkədəki şəxsi səhufəsində yazıb.
O daha sonra bunları əlavə edib: “Türkiyə Böyük Millət Məclisinin sədri kimi
İsveç parlamentinin sədri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 17-də Türkiyəyə və Qazi Parlamentimizə səfərini ləğv etdiyimizi bildirdim. Türkiyə olaraq bu mənfur əməlin səbəbkarlarının müəyyən edilməsi və terrorla mübarizədə konkret addımların atılması istiqamətində qətiyyət və həssaslığımızı bir daha vurğuladıq”.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK tərəfdarlarının keçirdiyi aksiyada terrorçular Türkiyə və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəf alan mənfur hərəkətlərə yol veriblər, bu da qardaş ölkənin sərt reaksiyasına səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR