İnsanlara hürriyət, millətlərə istiqlal!

Murad Adıgözəlzadə: "Hər dəfə Şuşada başqa hiss və həyəcan, təəssüratlar yaşayırıq"

"Artıq dördüncü dəfədir ki, Şuşadayam. Hər dəfə başqa hislər, həyəcanlar, təəssüratlar yaşayıram".

Bu sözləri Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə Musavat.com-a açıqlamasında deyib. Xalq artisti mayın 12-dən başlayan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı təəssüratlarını da bölüşüb: "Ötən gün festivalın çox gözəl açılış mərasiminə şahidlik etdik. Ötən il açılış mərasimini günəşin, bu il isə yağışın altında keçirdik. Bu gün də festivalın 2-ci günüdür və tədbir gözəl şəkildə davam edir.
Bir sözlə, təəssüratlarımız çox böyükdür".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR