İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin qızğın vaxtında Rusiya baş naziri Altayın bahalı kurortlarında kef çəkirmiş  

Rusiyanın baş naziri Mixail Mişustin 2022-ci ilin avqustunda Altay diyarında Teletskoye gölünün sahilindəki “Altay Village Teletskoye” adlı beşulduzlu premium kurortda istirahət etdiyi ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yaxın zamanlarda Rusiyadan qaçan Federal Mühafizə Xidmətinin keçmiş zabiti Qleb Karakulov məlumat yayıb.

Həmin mərkəzdə Mişustin buynuz vannaları qəbul edib, Rusiyanın Qırmızı Kitabına düşmüş taymen balığı ovlayıb və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Teletskoye gölündə çimib.
“Bunun üçün orada bütün kottecləri bron etdik. Mən özüm həmin vaxt onun yanında idim. İndi sual yaranır: bu tətili haqq eləməkdən ötrü nə qədər pul qazanmısınız? Çünki orada mənim hesablamalarıma görə 50 milyon rubl (630 min dollar) pul xərclənib. Əgər bu büdcədəndirsə, o zaman adambaşına çox deyilmi?”,- Qleb Karakulov soruşub.

Məlum olub ki, belə bir kurortda bir gecə 126.500 rubla (təxminən 1600 dollar) başa gəlir. Bir həftə ərzində bütün kurortu almaq üçün ən azı 21 milyon lazımdır. Yemək, spa prosedurları və sənətçilərin çıxışları təxminən eyni qiymətə başa gəlir. 2021-ci ildə Mişustin və həyat yoldaşının ümumi rəsmi gəliri 82 milyon rubl təşkil edib.

“Dosye” mərkəzinin məlumatına görə, qalan vəsait çox güman ki, Rusiya büdcəsindən ödənilib. Mişustinə bu hədiyyənin milyarder Süleyman Kərimov tərəfindən edilməsi də mümkündür. Çünki kurort Kərimovla əlaqəli şirkətlər tərəfindən idarə edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR