İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə SON DURUM: “Ukraynanın mələyi” öldürüldü - Hücum davam edir

Qərbin verdiyi tankların köməyi ilə meydanda əlini gücləndirən Ukrayna “Şərqdə son qala” kimi tanınan Baxmut şəhərini saxlamaq üçün mübarizə aparır.

Musavat.com xəbər verir ki, Ukrayna hakimiyyəti Baxmutu mühasirəyə almağa çalışan rus qoşunlarının hücumlarının qarşısını aldığını açıqlayıb.

Bəyanatda, həmçinin deyilir: "Düşmən Baxmut şəhərini mühasirəyə almaq cəhdlərini davam etdirir".

640491f74e3fe1174cf21eda.jpg (170 KB)

Ukraynanı yasa boğan xəbəri isə dünyaya “Ukrainska pravda” qəzeti açıqlayıb.

Qəzet “Ukraynanın mələyi” və “qoşunların mələyi” kimi tanınan 29 yaşlı könüllü tibb işçisi Yana Rıxlitskanın öldürüldüyünü yazıb.

Xəbərdə könüllü səhiyyə işçisinin mülki şəxslərin təxliyəsi zamanı həlak olduğu bildirilib.

Yana müharibədən əvvəl sığorta şirkətində işləyib. Genişmiqyaslı işğal başlayandan sonra o, könüllü olaraq dinc əhaliyə və orduya kömək etmək məqsədilə qaynar döyüş bölgəsinə yollanıb.

Daha sonra könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub və Baxmut şəhərindəki stabilləşdirmə mərkəzində işləyib.

640491dd4e3fe1174cf21ed8.jpg (156 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR