İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə ŞOK GƏLİŞMƏ - Hava üstünlüyü Rusiyaya keçir, Ukrayna isə...

Xəbər verdiyimiz kimi, sızdırılan Pentaqon sənədləri Ukraynada hava hücumundan müdafiə sistemlərinin mayın 3-də, yəni sabah tükənmək üzrə olduğunu ortaya qoyub. 

Musavat.com xəbər verir ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zəifləməsi Rusiya Hərbi Hava Qüvvələrini bir az daha “cəsur” olmağa sövq edə bilər.

Rusiya təyyarələri son həftələrdə qızğın döyüşlərin getdiyi Baxmutda FAB-500 sursatından istifadə etməyə başlayıb. Bu köhnə sovet texnikası müasir istiqamətləndirmə sistemləri ilə təchiz olunsa da, effektiv olması üçün hədəfə daha yaxın olan ərazidən atılmalıdır. Dağıdıcı FAB-500-lərin istifadəsi Ukrayna ordusunda ciddi itkilərə səbəb olub.

Pentaqonun məxfi sənədlərinə görə, hava üstünlüyünün yaxın günlərdə tamamilə ruslara keçməsi Ukraynanın planlaşdırdığı əks-hücumun nəticəsinə mənfi təsir edə bilər. Silahlar tükənməkdə olduğu üçün Ukrayna ordusu əllərində olan bir neçə zirehli texnika ilə Rusiya xətlərini yarmağa çalışacaq. Qərbdə uzun müddətdir müzakirə edilən bu hücumun nəticəsi Ukraynanın gələcəkdə alacağı dəstəyə də təsir göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR