İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə Rusiya Milli Rifah Fondunu tükədir

Rusiya dövlət büdcəsi kəsirini qapatmaq üçün “oksigen yastığı”ndan – Milli Rifah Fondundan xərcləmələri davam etdirir.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 1-nə Milli Rifah Fondunda(NWF) 13 trilyon 703,6 milyard rubl (142,853 milyard dollar) və ya 2023-cü il üçün proqnozlaşdırılan ÜDM-in 9,1 faizi həcmində vəsait olub. Avqustun 1-nə bu göstərici 13 trilyon 313,45 milyard rubla (146,337 milyard dollar) və ya ÜDM-in 8,9 faizinə bərabər olmuşdu. Bu isə o deməkdir ki, ötən ay Fond vəsaitləri 390,15 milyard rubl artsa da, rublun dəyərsizləşməsi nəticəsində dollar ifadəsində 3,484 milyard dollar azalıb.

Avqustda fondun Rusiya Bankındakı hesablardakı vəsaitlərinin bir hissəsi - 385,2 milyon yuan və 570,2 kq qızıl 8 milyard 308,1 milyon rubla satılıb (bir ay əvvəl yuan və qızılın satışından əldə olunan gəlirlə 44 milyard 357,7 milyon rubl təşkil etmişdi) və kəsirin maliyyələşməsi üçün federal büdcənin vahid hesabına köçürülüb.

Maliyyə Nazirliyi qeyd edir ki, sentyabrın 1-nə fondun likvid aktivlərinin həcmi 7,252 trilyon rubl və ya 75,594 milyard dollar ekvivalentində olub. Avqustda fondda avro ilə vəsaitlərin həcmi 7,278 milyard avrodan 5,224 milyard avroya qədər azalıb. Həmçinin hesablara 279,774 milyard Çin yuanı, 508,265 ton qızıl və 6,776 milyard rubl qoyulub.

Xarici valyutada hesablardakı qalıqlar üzrə məzənnə fərqi 1,207 trilyon rubla bərabər olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR