Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya ərazisini işğal etməsi 133 mindən çox rusu evlərini tərk etməyə məcbur edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Financial Times" yayıb.
Bildirilir ki, yerli hakimiyyət Kursk vilayətinin 121 min sakinini təxliyə edib. Daha 59 min insan tezliklə evlərini tərk edə bilər.
Rusiya hökuməti Ukrayna Silahlı Qüvvələrinin hücumundan ehtiyat etdiyi üçün Belqorod vilayətinin cənubundakı Krasnoyaruzski rayonundan daha 11 minə yaxın sakini evakuasiya edib. Qeyd olunur ki, müharibədən əvvəl təxminən 40 min insanın yaşadığı Şebekino sakinlərinin 50-70% -i də ərazini tərk edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ