İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühafizəkarlar Britaniya parlamentinə əlavə seçkilərdə iki dairədə məğlub olublar

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası ölkə parlamentinə iki seçki dairəsi üzrə keçirilən əlavə seçkilərdə məğlubiyyətə uğrayıb.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Ueykfild dairəsində leyborist Partiyasının nümayəndəsi Saymon Laytvud mühafizəkar rəqibi Nadim Əhmədə böyük üstünlüklə qalıb gəlib (8241 səsə qarşı 13166 səs) . Eyni zamanda, Tiverton və Honiton dairəsində liberal-demokratlar 6 mindən çox səs fərqi ilə inamlı qələbə qazanıb.

İngiltərənin şimalında yerləşən Ueykfild ənənəvi olaraq leyboristlərin dayağı sayılır. Mühafizəkarlar 2019-cu ildə bu dairədə cüzi səs çoxluğu ilə sürpriz qələbə qazanmışdılar. Ölkənin cənub-qərbində aqrar rayonda yerləşən Tiverton və Honiton isə ənənəvi “Tori” bölgəsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR