Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yaşayan Azərbaycan əsilli müğənni Tuğba Ekinçi həmkarı Seda Sayan haqqında şok ifadələr işlədib.
Musavat.com Lent.az-a istinadən xəbərinə görə, Tuğba Seda Sayanın istifadə olunan qadın olduğunu, ərinin onu pulu üçün sevdiyini bildirib.
“Kişinin pulu, imkanları qadınınkından çox olmalıdır. Qadın varı, şöhrəti, pulu ilə kişidən üstündürsə, kişi o qadının yanında ondan istifadə etmək üçün dayanıb. Üstəlik aralarında çox böyük yaş fərqi var. Seda Sayanı çox sevirəm, amma inciməsin, o, istifadə olunan qadındır, evliliyinin sevgi üzərində qurulmasına inanmıram”,- deyib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ