Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Bali adasında bərənin batması nəticəsində azı iki nəfər ölüb, onlarla insan itkin hesab olunur.
Musavat.com xəbər verir ki, məlumatı “Daily Mail Australia” yayıb. Bildirilir ki, ən azı 16 nəfəri xilas etmək mümkün olub. İki nəfərin öldüyü təsdiqlənib. 40-dan çox adam hələ də itkin sayılır.
Bərədə 53 sərnişin və 12 ekipaj üzvünün olduğu güman edilir.
Bərə Şərqi Yavadakı Ketapanqdan Bali adasının Gilimanuk şəhərinə gedirmiş.
Yerli KİV-in məlumatına görə, qəzanın mühərrik otağında böyük sızmanın olması nəticəsində elektrik enerjisinin tamamilə kəsilməsi və gəminin çevrilməsinə səbəb olduğu ehtimal edilir.
Associated Press xəbər verir ki, iki metr hündürlüyünə çatan dalğalarla mübarizə aparan doqquz qayıq gecədən itkin düşənləri axtarır.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ