Onlayn ictimai-siyasi qəzet
Müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev "Tv Musavat"a açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tv-nin baş redaktoru Sevinc Telmanqızı ilə söhbət edən Hikmət Əliyev bir çox mətləblərə toxunub, müğənninin həbsinin səbəbləri və hazırda gedən proseslərlə bağlı məlumat verib.
Xatırladaq ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Musavat.com həmin verilişi təqdim edir:
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ