İnsanlara hürriyət, millətlərə istiqlal!

Müavini Trüdonu tərk etdi – Baş nazir pis vəziyyətdə qaldı

Kanadanın baş nazirinin müavini və maliyyə naziri Xristya Friland gözlənilmədən istefa verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun Nazirlər Kabinetini və partiyadaşı, baş nazir Castin Trüdonu tərk etməsinə səbəb büdcə xərclərinin artırılması arasında fikir ayrılığı olub. O, bu tədbiri ABŞ-la mümkün tarif müharibəsi ərəfəsində ölkənin maliyyəsi üçün təhlükə hesab edib.

Bununla belə, Frilandın getməsinin arxasında duran əsl motiv populyar olmayan Trüdonu əvəzləmək və özünün baş nazir olmaq istəyi ola bilər. Bu, baş nazirin könüllü istefası və ya müxalifətin ona etimadsızlıq verməsi halında tamamilə mümkündür.

Bildirilir ki, Trüdonun üzərində buludlar yenidən sıxlaşır. Hələ payızda Mühafizəkarlar partiyasının başçılıq etdiyi müxalifət onun istefasını tələb edirdi.

2021-ci ildə keçiriləcək erkən seçkilər baş nazirin vəziyyətini yaşılaşdırmayıb. Trüdonun başçılıq etdiyi Liberal partiyası praktiki olaraq yeni yerlər qazansa da, pandemiya zamanı xərclənən büdcə vəsaitləri inflyasiyaya təkan verib.

Məhz həmin seçkilərdən sonra Trüdo kanadalılara getdikcə daha əhəmiyyət verməməkdə, ancaq hakimiyyətdən yapışmaqda ittiham olunur. Üstəlik, hökumətin çevik olmadığı və yeni reallıqlara uyğunlaşmadığı ortaya çıxıb. Xüsusən də kəskinləşə miqrasiya problemləri həll olunmayıb. Baş nazirin bəhanələri çox zəif səslənib. Trüdo inadla səhvlərini etiraf etmək və eyni zamanda siyasi cəhətdən düzgün və uğurlu siyasətçi imicini itirmək istəmir. Vacib məqamda o, özünü qeyri-populyar qərarlar qəbul etməyə qadir olmayan bir lider kimi göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR