İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK sədri: "Seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu"

2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasinin (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən "Qadınların seçkilərdə fəallığının yüksəldilməsi"nə həsr olunan dəyirmi masada deyib.

"Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşlarının seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısını almışıq. Polisin bu cür məsələlərdə rolu danılmazdır", - deyə MSK sədri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR