İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: “Türkiyə Ermənistandan konkret addımlar gözləyir”

“Ermənistan konkret addımlar ataraq regionda sülh istədiyini göstərməlidir”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalının efirində deyib. 

“Danışmaq kifayət etmir. Ermənistan Zəngəzur layihəsi, hərtərəfli sülh sazişi məsələsi də daxil olmaqla konkret addımlar atmalıdır. Biz səmimiyik, Azərbaycan səmimidir, indi Ermənistanın nə qədər səmimi olduğunu görmək istəyirik”, - deyə Çavuşoğlu söyləyib. 

Ermənistan-Türkiyə prosesinin Azərbaycanla əlaqələndirilməsindən danışan Türkiyənin XİN rəhbəri qeyd edib ki, “Ermənistan və digərləri” əslində bunun üçtərəfli xarakter daşıdığını unutmamalıdır.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında müxtəlif görüşlərin olduğunu da qeyd edərək, Paşinyanın Ərdoğana zəng vurduğunu xatırladıb.

Onu da bildirək ki, daha əvvəl "SputnikArmenia"ya müsahibə verən Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Çavuşoğlunun Ermənistan tərəfindən gözlədiyi hansı cəsarətli addımlardan danışdığını bilmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR