İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: "Türk dünyasının birliyi bölgədə sülh və sabitlik baxımından mühüm amildir"

Türk dünyasının birliyi bölgədə sülh və sabitliyik baxımından mühüm amildir. Biz bütün tərəflərə çağırış edirik ki, təhdidləri buraxın, əməkdaşlıq edək. Hamının maraqlarına uyğun addımlar ataq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Meksikanın xarici işlər naziri Marselo Ebrard ilə birgə keçirdiyi mətbuat konfransında ifadə edib.

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü yüksək dəyərləndirən nazir əminliklə ifadə edib ki, türk dünyasının birliyi və həmrəyliyi istiqamətində atılan qətiyyətli addımlar bundan sonra da davam edəcək.

Meksika-Türkiyə münasibətlərinə dair atılan addımların əhəmiyyətindən bəhs edən nazirlər regional proseslərə dair fikir və mülahizələrini bölüşüb, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Tərəflər Meksika-Türkiyə strateji ortaqlığını yüksək dəyərləndiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR