Onlayn ictimai-siyasi qəzet
Ermənistanın mövcudluğu Rusiya ilə sıx bağlıdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
"Rusiya və Ermənistan xalqları bir bütündür. Əsrlərə dayanan tarixi əlaqələrimiz hər zaman göstərib ki, bu iki ölkə bir-birinə ehtiyac duyur. Lakin Ermənistanın hazırkı siyasi rəhbərliyi bu mövqeyi paylaşmır və Qərblə yaxınlaşma siyasəti yürüdür", - deyə Tolstoy vurğulayıb.
Tolstoy həmçinin qeyd edib ki, Ermənistanın əsas problemi Qərblə əməkdaşlığın xilas yolu olduğuna dair yaranan illüziyadır:
"Baş nazir Nikol Paşinyan və tərəfdarları Ermənistan üçün Qərbə inteqrasiya kursunu düzgün hesab edirlər. Mən isə bununla qəti şəkildə razı deyiləm".
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ