Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili enib.
Buna səbəb sərnişinin səhhətinin vəziyyəti olub.
Qeyd olunub ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib.
Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.
Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün lazımi prosedurları yerinə yetirdikdən sonra saat 15:37-də yenidən havaya qalxıb. (Report)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ