İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinə dair mərasim keçiriləcək

Sentyabrın 30-da Moskvada Ukraynada referendum keçirilmiş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinə dair müqavilə imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kreml sarayında keçiriləcək mərasimdə Rusiya prezidenti Vladimir Putinin iştirakı və geniş nitq söyləyəcəyi gözlənilir.

Xatırladaq ki, sentyabrın 23-27-də Donetsk, Luqansk, Xerson və Zaporojyedə bu ərazilərin Rusiyanın tərkibinə daxil olmasına dair referendum keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR