Onlayn ictimai-siyasi qəzet
Moskvanın “Alıye Parusı” yaşayış komöleksində törədilən partlayış separatçı “Donetsk Xalq Respublikasının” (DXR) Boks Federasiyasının prezidenti, Ukraynadakı işğalçı müharibədə iştirak edən “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyanın məhv edilməsi məqsədilə təşkil olunubmuş.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində onun ölməsi barədə yayılan məlumat təkzib olunur.
"Shot" telegram kanalının məlumatına görə, Sarkisyan və onun cangüdəni ağır yaralı vəziyyətdə reanimasiyaya yerləşdiriliblər.
Bildirilir ki, partlayış Sarkisyan mühafizəçilərin müşayiəti ilə zaldan keçərkən baş verib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ