İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Moskvada yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, daha bir yaralı qadın xəstəxanada keçinib.

Yanğın otel və yataqxananın yerləşdiyi binada baş verib. Hadisə nəticəsində 7 nəfər, cümlədən iki uşaq ölüb, 11 nəfər yaralanıb.

Yanğın 17 mərtəbəli binanın 5-ci mərtəbəsində başlayıb. Ehtimal olunur ki, binanın əvvəllər yataqxana olmuş, sonradan isə yaşayış fonduna verilmiş hissəsində sakinlərdən biri dəhlizdəki əşyaları yandırıb. Bundan sonra alov 100 kvadrat metr sahəni bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR