Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskvada qəribə hadisə baş verib.
Belə ki, velosiped sürən uşaqlar küçənin ortasında bataqlığa düşüblər.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Görüntülərdən aydın olur ki, əvvəlcə uşaqları sakinlər çıxarmaq istəyirlər.
“Onlar uşağın ayağını sındıracaqlar. Gözləyin xilasedicilər gəlsin”, - deyə kadrarxası səs eşidilir.
Buna baxmayaraq, uşaqlardan birini çıxarmaq mümkün olur. Digər uşaq üçün isə FHN əməkdaşları çağırılıblar.
Mənbə: “Baza” “Telegram” kanalı
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ