İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Bakını ŞANTAJ ETDİ: Gərginlik artır, Xankəndidə nələr gözlənilir? - Üzeyir Cəfərovla CANLI

Bakı ilə İrəvan arasında tələsik hazırlanmış sülh müqaviləsi yeni münaqişələrə gətirib çıxaracaq.

Publika.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Tələsik hazırlanmış, kobud sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürət deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanması olmalıdır”, - diplomat vurğulayıb.

Beləliklə, o, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatların eşidilməsinə diqqət çəkib. Qonçar bildirib ki, imzalanma şərtlərini tərəflər özləri müəyyən etməlidirlər.

“Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerlərdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru fikrini yekunlaşdırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR