İnsanlara hürriyət, millətlərə istiqlal!

Monteneqro hökuməti iki Rusiya vətəndaşının əmlakını dondurub

Monteneqronun Xarici İşlər Nazirliyi AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq iki Rusiya vətəndaşının əmlakının dondurulduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BIRN portalı məlumat yayıb.

Monteneqronun Əmlak İdarəsi adı açıqlanmayan Rusiya vətəndaşının Jablyak şəhərində və rusiyalı siyasətçi Marat Bəşirovun sahilyanı Budva kurortunda yerləşən əmlakına əl qoyub.

“Rusiya vətəndaşlarından biri Əmlak İdarəsinin qərarından inzibati məhkəməyə şikayət edib, ona görə də hazırda onun adını açıqlaya bilmirik”, - idarədən bildirilib.

Qeyd edək ki, Marat Bəşirov Ukraynada separatçı rejimlərə və Rusiyanın işğal siyasətinə fəal şəkildə dəstək verənlərdən biri olub.

O, 2014-cü il iyulun 3-də Rusiyanı Ukraynanın işğal olunmuş ərazilərində qurduğu oyuncaq “Luqansk Xalq Respublikası”nın rəhbəri Valeri Bolotov tərəfindən “baş nazir” təyin edilib.

Elə həmin vaxtdan M.Bəşirov Aİ-nin sanksiyalar siyahısına salınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR