İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimindən Aİ ölkələrinə SANKSİYA - Qara siyahıda kimlər var?

İran Avropa İttifaqı (Aİ) ölkələrində faəliyyət göstərən 5 qurum və 10 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qəsdən və planlı şəkildə ölkədə terrorizmi dəstəkləyən, İranda insan hüquqlarının pozulmasına səbəb olan terror və zorakılığı, nifrət və qəzəbi qızışdıran, onları təşviq etməklə ölkədə üsyan və iğtişaşlara səbəb olanlara sanksiyalar tətbiq edilib", - İran XİN-in bəyanatında bildirilir.

Sanksiya siyahısına daxil edilən şəxslər arasında Almaniya Hərbi Hava Qüvvələri və Ramşteyn Hava Bazasının kommunikasiya komandanı Michael Trautermann, Almaniyanın İraqdakı qüvvələrinin komandanı, polkovnik Holger Kunkel, Avropa Ədalət Məhkəməsinin vəkili Erik David, Fransalı diplomat və siyasətçi Bernard Kuşner, Avropa Parlamentinin üzvü Hanna Neumann, Almaniya Parlamentinin keçmiş sədri Rita Sussmuth, Almaniya Parlamentinin keçmiş vitse-prezidenti Klaudiya Rot, keçmiş deputatlar Volker Bek və Norbert Lammert və Almaniyanın keçmiş müdafiə naziri Kramp Karrenbauer var.

Sanksiya siyahısında olan qurumlar arasında isə fars dilində yayımlanan, Çexiyada fəaliyyət göstərən "Radio Ferda", Hollandiyada fəaliyyət göstərən "Radio Zamane", Fransanın "Charlie Hebdo" jurnalı, İran-İraq müharibəsi zamanı İraqa kimyəvi silah istehsalında rol oynayan Almaniya mərkəzli Water Engineering Trading GmbH (WET) və Gidlemeister Projekta GmbH şirkətləri var.

Sanksiyalara viza qadağası, İrana giriş yasağı, həmçinin sözügedən şəxs və qurumların İrandakı bütün aktivlərinin müsadirəsi daxildir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR