İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovadakı səfirliyimizdə Türkiyə səfiri ilə vida törəni keçirildi

Qardaş Türkiyə Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gürol Sökmensüerin diplomatik fəaliyyətinin başa çatması münasibətilə Kişinyovda Azərbaycan səfirliyində Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə vida ziyafəti təşkil edilib.

Musavat.com-a bu barədə səfirlikdən məlumat verilib. 
Xəbərdə deyilib ki, tədbirə Moldovanın Xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku da qatılıb: "Öncə moldovalı nazir səfirliyimizin önündəki bağçada ucaldılan Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydu, böyük dövlət xadimi, azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə öz ehtiram və hörmətini bildirdi.
Tədbir çərçivəsində Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanov qardaş Türkiyənin Moldovadakı Səfirinin bu ölkədə fəaliyyəti barədə söz açdı, diplomatik nümayəndəliklərin rəhbərlərini Azərbaycan Səfirliyinin binasında qəbul etməkdən məmnun olduğunu bildirdi. O həmçinin, Moldovanın xarici işlər naziri Niku Popeskuya Səfirliyimizi ziyarət etdiyi üçün öz təşəkkürünü söylədi.
Tədbirdə çıxış edən xarici işlər naziri Niku Popesku, nitqində Moldova Türkiyə münasibətlərinə toxundu, onların yüksək səviyyədə olduğunu və bunda Səfir Gürol Sökmensüerin böyük əməyini vurğuladı. O həmçinin Azərbaycan tərəfinə tədbirin təşkili üçün minnətdarlığını çatdırdı. Sonra Səfir G.Sökmensüerə xatirə hədiyyəsi təqdim olundu.
Türkiyənin Moldovadakı Səfiri Gürol Sökmensüer tədbirin Azərbaycan Səfirliyində təşkil olunmasına görə Azərbaycan Səfiri Qüdsi Osmanova təşəkkürünü bildirdi, Moldovada çalışdığı müddət zamanı həyata keçirilən layihələrdən söz açdı, həmkarları – xarici diplomatlara öz ehtiramını çatdırdı.
Sonra qonaqlar Səfirliyimizdə onların şərəfinə təşkil olunmuş Azərbaycan mətbəxinin nümanələrini daddılar.
Sonda xatirə şəkili çəkildi".

Musavat.com

1..jpg (199 KB)

4..jpg (58 KB)

2..jpg (182 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR