İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovadakı səfirimizdən bu şəxslə bağlı açıqlama - FOTO, VİDEO

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşı Keylan Eldar oğlu Bəyalıyevin imkansızlıqdan Moldova Respublikasından Azərbaycana qayıda bilməməsi ilə bağlı video yayılıb.Videoda Keylan Bəyalıyev bildirir ki, ona səfərlik kömək etsə, Azərbaycana qayıda bilər.

Məsələ ilə bağlı Vətəninfo.az Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla əlaqə saxlayıb.

Səfir bildirib ki, adı çəkilən şəxs 2022-ci ilin noyabrın sonunda alkoqollu içki alüdəçisi olaraq, həddindən artıq spirtli içki qəbul etdikdən sonra dünyasın dəyişib: “Adı çəkilən şəxs içki aludəçisi olub. Kişinyov da azərbaycanlıların işlədiyi bazarda yaşayıb.Ordakı soydaşlarımız ona baxıblar. Hətta biz onu Azərbaycana bir neçə dəfə göndərmək istədik. Amma Keylan Bəyalıyev Azərbaycana getməkdən imtina etdi. Bir məsələni də deyim ki, hətta ailəsi belə onu aparmaq istəməyib. Biz yenə də onu göndərməyə cəhd etdik. Ancaq getmədi”.

Səfir vurğulayıb adı çəkilən şəxs ötən ilin noyabr ayının sonunda həddindən artıq spirtli içki qəbul etdiyindən dünyasını dəyişib: “Səfirlik bu haqda məlumat aldıqdan sonra, Bəyalıyev Keylan Eldar oğlunun cənazəsi 16.12.2022-ci ildə Kişinyovdan Türk Hava Yolları ilə Azərbaycana göndərilib və 17.12.2022-ci ildə cənazə Bakıya çatıb. Bakıda da ailəsinə təhvil verilib”.

Qüdsi Osmanov vurğulayıb ki, cənazənin göndərilnə xərclərini bütövlükdə Azərbaycan səfirliyi qarşılayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR