İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moldovadakı partlayışlar NATO-Rusiya buferini yox edir" - Guardian

Rusiyanın Ukraynada apardığı müharibə yeni və təhlükəli mərhələyə keçə bilər. Moldovada baş verən müəmmalı partlayışlar seriyası Moskvanın Kiyevə qarşı müharibəsini yeni ərazilərə və gözlənilməz nəticələr daşıması təhlükəsini artırıb.

AzVision.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb. Müəlif qeyd edib ki, Moldovanın təcrid olunmuş bölgəsinin Ukraynadakı müharibəyə cəlb olunacağına dair qorxular artır.

Moldovanın Dnestryanı bölgəsində partlayışlar olubQeyd edilir ki, Rusiyanın indi də Dnestryanı əraziyə keçməsi 2,6 milyon əhalisi olan və NATO-ya üzv olmağa maraq göstərən Moldovanın suverenliyinə birbaşa təhlükə yaradacaq.

Bu həmçinin Moldova ilə Rusiyanın işğalı altında olan Xerson vilayəti arasında, Qara dəniz sahilində yerləşən Ukraynanın məşhur liman şəhəri Odessanı da təhdid edir.

Nəşr yazır ki, Ukraynada müharibə inkişaf etdikcə, münaqişə tərəfləri öz məqsədlərini yenidən müəyyənləşdirirlər. İndi Rusiya Dnestryanıya qədər əraziləri fəth etməyə can atır ki, bunu da Putin yeni Rusiya imperiyasının əsası olan “Novorossiya” kimi təqdim edə bilər.

"Müharibənin bu yeni mərhələsinin başlaması ilə NATO və Rusiyanı "Soyuq müharibə" dövründə və ondan sonrakı dövrdə birbaşa düşmən təmaslarından kənar saxlayan bufer ayrıldı. Və Dnestryanıdakı partlayışlar yeni bir "Putin qambitinin" əlaməti olarsa, Moldova bu təhlükəli yeni dünyanın növbəti sınaq meydançasına çevrilə bilər”, - analitiklər yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR