İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada hökumətə qış üçün odun tədarük etmək göstərişi verilib

Moldovanın baş naziri Natalya Qavrilitsa Avropanın artıq sərt qışa hazırlaşmağa başladığını və ölkə hökumətinin vətəndaşları istiliklə təmin etməyə borclu olduğunu deyib.

AZƏRTAC Moldova mətbuatına istinadla xəbər verir ki, Natalya Qavrilitsa hökumətə qışda evlərin istiliklə təmin olunması üçün odun, kömür, mazut və elektrik generatorları tədarük etmək barədə göstəriş verib.

“Hazırda bizi narahat edən əsas məsələ qazın və enerjinin qiymətidir. Bu, təkcə ölkəmizin deyil, bütün dünyanın qarşılaşdığı ən böyük problemlərdən biridir. Biz fəaliyyət planlarımızın nədən ibarət olduğunu, insanların enerji resurslarına çıxışını təmin etmək üçün nə kimi yardıma ehtiyac duyduqlarını bilməliyik”, - deyə Natalya Qavrilitsa vurğulayıb.

Bir müddət öncə Moldova prezidenti Mayya Sandu da hökumətə analoji müraciət ünvanlamışdı. O, həmçinin qışa qədər Rusiyadan qaz idxalının dayana biləcəyi barədə xəbərdarlıq etmişdi.

Moldovada ölkə ərazisinin cəmi 12 faizini təşkil edən meşələrdə ağac kəsilməsi 2016-cı ildən dayandırılıb. O vaxt Ətraf Mühit Nazirliyi həyəcan siqnalı verərək, ölkənin ekoloji fəlakət astanasında dayandığını bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR