İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova XİN: Ölkədə dövlət çevrilişi riskləri var

Moldovanın xarici işlər naziri Nikolay Popesku Avropa İttifaqını “Şor” partiyasının lideri İlan Şora qarşı sanksiya tətbiq etməyə çağırıb. O, Şoru Moskvanın dəstəyi ilə Kişinyova qarşı hibrid müharibə aparmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, Nikolay Popesku bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynanın müqaviməti və əzmkarlığı səbəbindən Moldova sərhədində hərbi ssenari riski yoxdur, lakin dağıdıcı hibrid fəaliyyətlər və dövlət çevrilişinə cəhd riskləri var.

Bir müddət öncə Moldova Prezidenti Mayya Sandu Rusiyanı etirazlar yolu ilə ölkədə hakimiyyət çevrilişi etmək və növbədənkənar seçkilər keçirmək məqsədilə hibrid müharibə aparmaqda ittiham etmişdi.

2022-ci ilin yayında Moldovada Mayya Sandunun və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar hakimiyyəti iqtisadi böhranda və münasib qiymətə qaz almaq üçün Rusiya ilə danışıqdan yayınmaqda günahlandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR