Onlayn ictimai-siyasi qəzet
Moldova hökuməti Ukraynaya 892 min dollar dəyərində humanitar yardım göndərəcək.
“Report” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti açıqlama yayıb.
“Fövqəladə Hallar Komissiyası bugünkü iclasında Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin ehtiyatlarından Ukraynaya lazımi yardımın göstərilməsi barədə qərar qəbul edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, yardım paketinə dərmanlar, enerji sistemi üçün avadanlıqlar, həmçinin çadırlar, yataq dəstləri, qablar, tibbi maskalar və geyimlər daxildir.
Bu, Moldovanın Ukrayna dövlətinə dördüncü humanitar yardım partiyasıdır.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ