İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova müxalifətinin lideri Kişinyovda saxlanılıb

Moldovanın müxalif “Şor” partiyasının sədr müavini Marina Tauber saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu öz Facebook səhifəsində məlumat yayıb.

"Tauber İsrailə uçmağa cəhd edərkən Kişinyov hava limanında saxlanılıb", - nazirliyin açıqlamasında bildirilir. Moldova müxalifətinin lideri partiyanın maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.

Bundan əvvəl Tauber tanınmamış Pridnestroviya Moldova Respublikasında (PMR) təxribat törətməsi ilə bağlı dediklərinə görə prokurorluğa çağırıldığını bildirib. Partiya sədrinin müavini Mütəşəkkil Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə Baş Prokurorluğundan və İnformasiya və Təhlükəsizlik Xidmətindən (MXM) çağırış vərəqəsi alıb. Buna səbəb onun PMR ilə sərhəd yaxınlığında Kişinyov tərəfindən hazırlandığı iddia edilən hərbi təxribat barədə açıqlamaları olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR