İnsanlara hürriyət, millətlərə istiqlal!

MKİ rusları casusluğa cəlb edə biləcəkmi - sovet dövrünün metodları, yoxsa...

Hələ sovetlər dönəmindən Amerika ilə Rusiya arasında casus savaşı gedib. Bu iki gücün bir-birini zəiflətməsi, sirləri alması yönündə hər iki tərəf özünün casus şəbəkəsini qurmaq siyasəti aparıb. Buna dair həm ABŞ, həm də Rusiya xeyli filmlər də çəkib, ədəbiyyatlarda da yazılıb...

İndi də eyni proseslərin şahidi oluruq, amma bu dəfə daha açıq oynayırlar.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalıları casusluq etməyə çağıran video hazırlayıb.

MKİ-nin rus dilində hazırlanmış və müxtəlif platformalarda yayımlanan videosunda ABŞ-a casusluq etmək istəyən rusiyalılara müraciət ünvanlanlır. Sitat: “İqtisadiyyat və ya Rusiya Federasiyasının rəhbərliyi ilə bağlı səndə məlumatlar var? Bizimlə əlaqəyə keç”.

MKİ casusluq etmək istəyənlərlə onlarla əlaqə yaratmaq üçün “Telegram” kanalında hesab  da yaradıb.

 “MKİ Rusiya haqqında həqiqətləri bilmək istəyir və biz həqiqəti bilən, bu barədə danışa bilən etibarlı insanlar axtarırıq” - videoda qeyd olunub.

MKİ bununla nəyə nail olmaq istəyir? Belə açıq üsulla casus formalaşdırmaq mümkündürmü? Ruslar bu işə könüllü gedərsə və bu, kütləvi hal alarsa, nəticə nə ola bilər? Rusiya da qarşılıqlı olaraq oxşar proses apara bilərmi?

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl: “Hansısa ”alkoqolik”i  və yaxud ətrafa təsir etmə imkanları olmayanları casusluğa cəlb etmək amerikalılara maraqlı deyil”

Mövzu ilə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi adətən casus işi məxfi olur, geniş  şəkildə yayılmır. Amma indi Amerika bu cür açıq şəkildə müraciət edirsə, bu, Rusiyada olan Rusiya vətəndaşlarının hədsiz narazılıqları, o cümlədən iqtisadi cəhətdən vəziyyətin gərgin olması ilə bağlıdır. Yəqin ki, ABŞ, sadəcə olaraq, könüllü şəkildə  hansısa ideoloji prinsiplərlə deyil, maddi əsaslarla onları  cəlb edəcək. Bilirlər ki, Rusiyada bu cür beyinlər var və gərgin vəziyyətə görə işləməyə hazırdırlar.

Beləliklə, ABŞ bu cür açıq şəkildə müraciət edə bilər və təbii ki, müraciətdən sonra kimsə qəbul olunarsa, həmin şəxsən adı çəkiləsi deyil, o, məxfi, gizlin saxlanılacaq".

İlham İsmayıl qeyd edib ki, bu cür müraciətin yayılması Rusiyaya  həm ideoloji təzyiq, həm də cəmiyyətdə vətəndaşların içərisindən Rusiyaya qarşı bir mövqe sərgiləmək məqsədidir: “Perspektivdə də açıq şəkildə keçməsi, yəni ixtisasa, kütləvi narazılığa və sairə  xidmət edir.

İtlər vadisi" (Hekayə) – Həmid Herisçi | mucru.art

Həmid Herisçi: “SSRİ kimi nəhəng bir hökuməti casus oyunları nəticəsində çökdürən Amerika bu dəfə də çox ciddi uğurlara nail olacaq və yaxud artıq nail olub...”

O ki qaldı Rusiyanın bu cür variantla Amerikaya qarşı müraciət etməsinə, bu, keçərli olmayacaq. Çünki Rusiya amerikalıları maraqlandıra biləcək başqa bir forma tapa bilməyəcək. Yəni nə ideologiyası, nə də maddiyyatı ilə".

“MKİ bununla nəyəsə nail ola biləcəkmi?” sualımıza İlham İsmayıl bu cür cavab verdi: “Bir daha qeyd edirəm ki, bu cür üsulla heç nəyə nail olmaq mümkün deyil. Çox nadir hallarda kimsə casusluq üçün gedib müraciət edə bilər. Yəni bu kütləvi şəkildə ola bilməz Bu da İran deyil ki, evdar qadınları da casusluğa cəlb etsin, onlar da çıxıb desinlər "ağam, ağam". Amerikaya o şəxs lazımdır ki, informasiya daşıyıcısı və yaxud hadisələrə təsir etmək imkanları olsun. Hansısa “alkoqolik”i  və yaxud ətrafa təsir etmə imkanları olmayanları casusluğa cəlb etmək amerikalılara maraqlı deyil, heç vaxt da maraqlı olmayıb. Gərək şəxs Amerikanın xeyrinə nəsə bir iş görə bilsin".

Yazıçı-konspiroloq Həmid Herisçi isə mövzuya bu cür şərh bildirdi: “Xatırladım ki, SSRİ ilə Amerika  arasında gedən soyuq müharibədə, qarşıdurmada SSRİ uduzdu. Yəni, SSRİ məhz casus müharibəsində uduzub.

SSRİ-də casus müharibəsi aparmış Amerikanın indi rusları casusluğa çağırmağa ehtiyacı yoxdur. Bütün  bunlar aldadıcı xətlərdir və adətən bu cür xətləri MKİ özü hazırlayır, rusların nəzarətində də özü qoyur.

Əslində əsl casuslar başqa ünvanlardadır, tamam başqa yerlərdə hərəkət edirlər. Hesab edirəm ki, SSR kimi böyük, nəhəng bir hökuməti casus oyunları nəticəsində çökdürən Amerika bu dəfə də çox ciddi uğurlara nail olacaq və yaxud artıq nail olub.

Qeyd edim ki, vaxtilə SSRİ kəşfiyyat məktəblərində təhsil alan əksər rusların şəxsi işi amerikalıların əlindədir. Bunu necə ediblər?  Rusiya  kəşfiyyat məktəblərindəki partiya komitələrinin rəhbərlərini casus ediblər və bu həmişə belə olub. Amerikalılar həmişə rus kəşfiyyat, hərbi məktəblərinin arxivlərinə girməyi bacarıblar".

Həmid Herisçi qeyd edib ki, indiki dövrdə casusluq daha çox hakerliklə bağlıdır: “Yəni klassik kinolarda  gördüyümüz kimi, indi də seyflərə, arxivlərə  girmək hamısı keçmişdə qalıb. Bu gün bir nömrəli casuslar hakerlərdir. Rusiya çox ciddi haker ordusu yaratmışdı. Bildiyiniz kimi, ruslar böyük haker ordusu vasitəsilə Amerikadakı seçkilərə müdaxilə edə bilirdi. Amma Ukrayna müharibəsində bu hakerlərə gərək olmadı. Çünki həmin hakerlər Ukraynanın yeni internet provayderlərinə girə bilmədilər.

Beləliklə, indi casus müharibəsi internet şəbəkələrində  aparılır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR